Samaya Co Ltd

Şirkət haqqında

Samaya CO LTD

Hazırda şirkətimiz Gəmiçilik fəaliyyətini genişləndirmək və gələcəkdə dövlət sifarişi əsasında  Beynəlxalq Dəniz Yük daşımalarında fəal iştirak etmək məqsədi ilə müxtəlif layihələr üzərində çalışır.Buna görə də “Səmayə CO LTD” MMC öz maddi texniki- bazasını daha da genişləndirmək niyyətindədir. Hal-hazırda limanın genişləndirilməsi istiqamətində gəmilərin  yanalma körpüsündə tikinti quraşdırma işləri davam etdirilir. Yaxın gələcəkdə limanın tam gücü  ilə işləməsi nəzırdı tutulub. Bu məqsədlə “Səmayə CO LTD” MMC yeni quru yük,tanker və RO-RO tipli gəmilərin alinmasında maraqlıdır.

 

    Hal-hazırda  Limana gələcək qonağların, istifadəçilərin və gəmi heyyətlərinin istirahətlərini təmin etmək üçün Liman ərazisində müasir otel binasının inşası üçün hazırlıq işləri davam etdirilir.

 

     Limanın infrastrukturuna 170 metr uzunluğunda üç şaxəli yanalma körpüləri,iki mərtəbəli lazımı avadanlığla təhciz edilmiş inzibati bina, 5800 m2 sahəsi olan qapalı anbar 3 hektar ərazisi olan açıq konteyner meydançası,mühafizə sistemləri,müasir maşın mexanizmlər,iri tutumlu yanacaq saxlamaq üçün çənlər daxildir.

 

    Hazırda MMC-nin balansında 3000, 2000, tonluq neft tankerləri, 2500 tonluq quru yük gəmiləri və digər təyinatlı gəmilər vardır. Hazırda yüklərin daşınması üçün  sifaris olmadığı üçün gəmilər hüquqi şəxslərə icarəyə verilib. Şirkətin  ümumi gəliri icarəyə verilmiş gəmilərdən gələn icarə haqqından və təssisçinin ödədiyi vəsaitdən ibarətdir. 2013-cü ildə “Səmayə CO LTD” MMC Bakı şəhəri Qaradağ rayonu ərazisində ona təhkim olunan 8 hektar ərazidə müasir tələblərə cavab verən Layihə İnistutu tərəfindən layihələndirilən “Dəniz Limanı” (Gəmilərin yanalma körpüsü) inşa etdirmiş və Liman bütün infrastrukturlarla təmin edilmiş və həmin Limana 2014-cü ildən Azərbaycan Respublikası Dəniz Administrasiyası tərəfindən rəsmi qeydiyyatdan keçərək “Səmayə CO LTD” MMC-nin “Buta Limanı” kimi qeydiyyata düşmüş və rəsmi sertfikat almışdır.

 

    “Səmayə CO LTD” MMC 2003-cü ildə Bakı şəhərində təsis edilmiş və Respublika Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçrilmişdir. ”Səmayə CO LTD” MMC Nizamnaməsinə uyğun olaraq fəaliyyət dairəsini artırmaq məqsədi ilə maddi texniki bazasını genişləndirmiş, müasir tələblərə cavab verən quru yük daşıyan yük gəmiləri, neft məhsulları daşıyan tankerlər almış, kiçik həcmli gəmilər almaqla 2012-ci ildən gəmiçilik şirkəti kimi formalaşmışdır. Hal-hazırda Respublikada tanınmış gəmiçilik şirkəti kimi fəaliyyət göstərir.Şirkətimiz tam gücü ilə istifadəyə verildikdən sonra Dövlət,Hüquqi və Fiziki şəxslərdən gələn sifarişlər əsasında fəaliyyətini davam etdirəcəkdir.